Со всех операторов СМС объявление 7615

10.01.2017 - İlk hərracda nələr satıldı? – QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Komitədən fins.az-a bildiriblər ki, hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub.

6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək. 

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub. 

Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. Bu əmlaklar Bakıda, Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (H.Əliyev pr.139A) baş tutmuş hərracda özəlləşdirilib.

Həmin gün regionlarda da hərraclar baş tutub. Bu hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilən hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Binəqədi rayonunda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb.

Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanıda yerləşir.

Fiziki və hüquqi şəxslər belə kiçik müəssisələri və qeyri-yaşayış sahələrini əsasən biznes məqsədilə istifadə üçün özəlləşdirirlər. Çünki belə obyektlər sahibkarlıq fəaliyyəti baxımından kifayət qədər əlverişlidir. Yaxud belə əmlaklara yiyələn alıcılar sonradan həmin əmlakı icarəyə verməklə də gəlir mənbəyinə çevirə bilir. Mühüm üstünlük isə hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Qeyd edək ki, ƏMDK-nın keçirdiyi hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

Последние

Сортировка
Сортировка

Продаю Mercedes-Benz C 200 (Бензин)

2001 il • 2 L • 256 000 km

11 300 AZN

12.01.2018

Продаю Lexus HS 250 H (Гибрид)

2009 il • 2.5 L • 120 000 km

17 000 USD

27.11.2017

Продаю Toyota Prado (Бензин)

2005 il • 2.7 L • 216 600 km

24 000 AZN

23.11.2017

Продаю ВАЗ 2121 (4x4) (Бензин)

2008 il • 1.7 L • 215 000 km

6 000 AZN

13.11.2017

Продаю Mercedes-Benz B 170 (Бензин)

2007 il • 1.7 L • 66 600 km

15 400 AZN

08.11.2017

Продаю 3 комнатную новостройку

Сабаильский r • 240 m2

550 000 AZN

20.01.2018

Продаю 1 комнатную вторичку

Насиминский r • 35 m2

54 000 AZN

20.01.2018

Продаю 3 комнатную вторичку

Ясамальский r • 80 m2

125 000 AZN

20.01.2018

Продаю 2 комнатную новостройку

Бинагадинский r • 80 m2

120 000 AZN

20.01.2018

Продаю 3 комнатную новостройку

Низаминский r • 146 m2

130 000 AZN

20.01.2018
X

Yeniliklərə abunə olmaq üçün Facebook səhifəsini LİKE edin!