Со всех операторов СМС объявление 7615

11.01.2017 - Daha iki küçə yeni görkəmdə

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

Fins.az xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub.  Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Həmçinin küçənin təmir olunan hissəsində  mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 paqon-metr yeni səki daşları düzülüb.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burda da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunub, mövcud piyada səkiləri isə bərpa edilib. Ümumilikdə küçənin sözügedən hissəsində 5500 m2 sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə 700 paqon-metr yeni səki daşları düzülüb.

Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Növbəti etapda son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

Последние

Сортировка
Сортировка

Продаю Volkswagen Passat (Бензин)

2002 il • 1.8 L • 179 000 km

5 200 AZN

08.07.2017

Продаю Toyota Land Cruiser (Бензин)

2013 il • 4 L • 138 000 km

60 000 AZN

08.07.2017

Продаю Mercedes-Benz E 220 (Дизель)

1997 il • 2.2 L • 280 000 km

6 000 AZN

28.06.2017

Продаю Mercedes-Benz E 240 (Бензин)

1997 il • 2.4 L • 330 000 km

7 200 AZN

19.06.2017

Продаю Hyundai Sonata (Бензин)

2014 il • 2.4 L • 47 700 km

21 500 USD

16.06.2017

Продаю 4 комнатную вторичку

Хатаинский r • 100 m2

80 000 AZN

22.07.2017

Продаю 3 комнатную новостройку

Ясамальский r • 107 m2

100 000 AZN

22.07.2017

Аренда 2 комнатную новостройку

Хатаинский r • 110 m2

1 600 AZN

22.07.2017

Продаю 3 комнатную новостройку

Ясамальский r • 100 m2

165 000 AZN

22.07.2017

Продаю 3 комнатную новостройку

Хатаинский r • 80 m2

125 000 AZN

22.07.2017
X

Yeniliklərə abunə olmaq üçün Facebook səhifəsini LİKE edin!