14.03.2019 - Bakı metrosu gücləndirilmiş rejimdə çalışacaq

Bakı metrosu Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Fins.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, martın 20-si və 21-də stansiyalara əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək: "İlk növbədə ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Əgər həmin günlərdə stansiyalarda sərnişin sıxlığı olarsa, həmin qatarlar xəttə buraxılacaq. Bununla yanaşı, bütün stansiyalarda növbəli iş rejimi davam etdiriləcək. Şəhər mərkəzində keçirilən bütün tədbirləri nəzərə alaraq bütün stansiyalar hazır vəziyyətdə olacaq".

B.Məmmədov bildirib ki, bayram günlərində stansiyaların iş qrafikində dəyişiklik edilməyəcək: "Yəni bütün stansiyalar səhər saat 06:00-dan gecə saat 00:00-dək işləyəcək. Çünki Novruz bayramında şəhərdə gecə saatlarında tədbir olmadığından stansiyaların əlavə iş saatında işləməsinə də ehtiyac yoxdur. Amma sərnişin sıxlığı olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq və bu da qatarların hərəkət qrafikində dəyişikliklə nəticələnə bilər".

Son əlavələr

Çeşidləmə
Çeşidləmə
5 000 AZN

ВАЗ 2107 satıram (Benzin)

2005 il • 1.6 L • 87 000 km

24.03.2019
530 000 AZN

4 otaqlı Yeni tikili satıram

Səbail r • 196 m2

24.03.2019
300 000 AZN

6 otaqlı Yeni tikili satıram

Yasamal r • 210 m2

24.03.2019
425 000 AZN

3 otaqlı Köhnə tikili satıram

Səbail r • 100 m2

24.03.2019
680 000 AZN

5 otaqlı Yeni tikili satıram

Nəsimi r • 308 m2

22.03.2019