23.08.2019 - Yaponiyanın ən hündür binası inşa olunacaq

Yaponiyanın “Mori Building” şirkəti 2023-cü ilədək Tokioda 330 metrhündürlükdə bina ucaltmaq niyyətindədir.

Fins.az “EFE”yə istinadən xəbər verir ki, Yaponiyanın ən hündür binası olacaq tikilidə həm yaşayış, həm də ofis sahələri yaradılacaq. Paytaxtın mərkəz hissəsində inşa olunacaq bina mehmanxana və beynəlxalq təhsil mərkəzinin də daxil olacağı kompleksin bir hissəsi olacaq.

Qeyd olunur ki, 2027-ci ildə “Mitsubishi Estate” tərəfindən Tokio vağzalı yaxınlığında 390 metr hüendürlükdə başqa bir bina ucaldılacaq.

Hazırda Yaponiyanın ən hündür binası Osakada yerləşir, hündürlüyü 300metrdir.