09.10.2019 - Sabahdan bu küçədə təmir işlərinə başlanılır – DİQQƏT

10 oktyabr tarixindən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.

Təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Galleria.loadTheme('/galleria/themes/azur/galleria.azur.min.js'); $('a.zoom-image img').on('click', function(){ positionImage = $(this).attr('attrPos'); var gallery = Galleria.get(0); gallery.show(positionImage*1); $('.photo-gallery-zoom').data('galleria').toggleFullscreen(); }); Galleria.configure({ imageCrop: false, _locale: { show_captions: 'Başlığı göstər', hide_captions: 'Başlığı gizlət', play: 'Slaydşounu başlat', pause: 'Slaydşounu dayandır', enter_fullscreen: 'Tam ekran rejiminə keç', exit_fullscreen: 'Tam ekran rejimindən çıx', next: 'Növbəti şəkil', prev: 'Əvvəlki şəkil', showing_image: 'Göstərilən şəkil %s / %s' } }); Galleria.run('.photo-gallery-zoom');