17.10.2019 - Gəncə və Xaçmazda Əmlak Xidmətləri məkanları açılacaq

Yaxın gələcəkdə Gəncə və Xaçmazda Əmlak Xidmətləri məkanları vətəndaşların istifadəsinə veriləcək.

Bunu Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əblhəsənov deyib.

Onun sözlərinə görə, istisna deyil ki, məkanlardan biri bu il, digəri isə gələn ilin əvvəli açılsın.

"Bununla da ölkə üzrə Əmlak Xidmətləri məkanlarının sayı 3-ə çatacaq. Həmçinin hazırda yeni elektron xidmətlərinin istifadəyə verilməsi də nəzərdə tutulur ki, bu istiqamətdə hazırda işlər aparılır", - deyə R. Əblhəsənov. 

Qeyd edək ki, hazırda Əmlak Xidmətləri Məkanı Bakıda fəaliyyət göstərir. Onun yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər təmin edilib.

© APA