17.10.2019 - 39 min manata "Range Rover" - FOTO

Galleria.loadTheme('/galleria/themes/azur/galleria.azur.min.js');

Bruney sultanına inşa edilən “Range Rover” limuzini “Silverstone Auksion evi”ndə keçirilən “NEC Classic” avtomobil klassikləri qapalı festivalında auksiona çıxarılıb.

Onun ilkin qiymətləndirilməsi 18-24 min funt-sterlinq təşkil edir ki, bu da 39-52 min manata bərabərdir. Bruney sultanının sifarişi əsasında uzadılmış “Range Rover LSE” limuzini “Townley Cross Country Vehicles Ltd” tərəfindən yığılıb. Avtomobil hökmdarın kiçik qardaşı - Şahzadə Ceffri üçün nəzərdə tutulub və alıcısına 135 min funt sterlinqə (hazırkı məzənnə ilə 293.4 min manat) başa gəlib. Avtomobil “Rolls-Royce Mason Black” qara rənginə boyanıb. Maşının daxili “Oxblood Connolly” salonu, “Wilton” kilimləri və qoz qabığından hazırlanmış dekorativ panellərlə təmin olunub. 2000-ci ilin iyununda Mayk Tayson Lou Savares ilə döyüşdən əvvəl bu “Range Rover”də Qlazqoya aparılıb. Daha sonra avtomobil indiki sahibinə - Danimarkadan olan kolleksiyaçıya təhvil verilib. 2006-cı ildə Bruney sultanına aid avtomobillərin, motosikletlərin və avtobusların siyahısı dərc edilib. Məlum olub ki, dünyanın ən varlı monarxlarından olan şərq hökmdarı 2 min 789 nəqliyyat vasitəsinə sahibdir. Bunların arasında doqquz “McLaren F1” və dörd “Bugatti EB110” var.

Galleria.configure({ imageCrop: false, _locale: { show_captions: 'Başlığı göstər', hide_captions: 'Başlığı gizlət', play: 'Slaydşounu başlat', pause: 'Slaydşounu dayandır', enter_fullscreen: 'Tam ekran rejiminə keç', exit_fullscreen: 'Tam ekran rejimindən çıx', next: 'Növbəti şəkil', prev: 'Əvvəlki şəkil', showing_image: 'Göstərilən şəkil %s / %s' } }); Galleria.run('.photo-gallery-inner');